Azərbaycanın Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına daxil edilib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib. UNESCO-nun Baş direktoru Odre Azulenin qərarı ilə 49 şəhər Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub.Şəbəkə yaradıcılığa əsaslanan şəhərləri - musiqi, incəsənət və sənətkarlıq, dizayn, film, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiyanı özündə birləşdirir.
Xatırladaq ki, Bakı 2019-cu ildən “dizayn” üzrə, Şəki isə 2017-ci ildən “sənət və sənətkarlıq” üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.