Dünya şöhrətli rəssam Van Qoqun “Meules de ble” adlı peyzajı hərracda 35,9 milyon dollara satılıb.
“Vətənim-Azərbaycandır.az” “Röyters”ə istinadən xəbər verir ki, ikinci Dünya müharibəsi zamanı Fransanın işğalı vaxtı nasistlər tərəfindən ələ keçirilən əsər holland impressionistin ən baha qiymətə satılan əsəri olub.“Christie's” hərrac evinin məlumatına görə, 1888-ci ildə çəkilmiş əsərin ilkin satış qiyməti 20-30 milyin dollar olub. Sonuncu dəfə o, 1905-ci ildə sərgilənib.
Van Qoqun intiharından sonra rəsm əsəri rəssamın qardaşı Teo Van Qoqa məxsus olub. Ancaq əsər Fransanın işğalı zamanı nasistlərin əlinə keçib. Müharibədən sonra 1970-ci illərin ortalarınadək peyzajın yeri məlum olmayıb. “Christie's” kolleksiyaçılar və ilk varislərlə müqavilə imzalayanadək əsər şəxsi əllərdə olub.