Rusiyanın Xalq artisti Valeri Qarkalin 67 yaşında dünyasını dəyişib.
“Vətənim-Azərbaycandır.az” “İnterfaks”a istinadən xəbər verir ki, o, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib.Qarkalin tibb müəssisəsinə oktyabrın əvvəlində yerləşdirilmişdi. O, Kommunarkada yerləşən xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, V. Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. Moskva Akademik Satira Teatrı, A.S. Puşkin adına Moskva Dram Teatrının aktyoru olub. O, həmçinin 70-dən çox film və serialda çəkilib. 2002-ci ildən Rusiya Dövlət Teatr Sənəti İnstitutunda dərs deyirdi.