Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli aktyor Kadir İnanır dünən xəstəxanaya yerləşdirilib.
“Vətənim-Azərbaycandır.az”ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, Muğlanın Ortaca rayonunda dünən qəflətən səhhəti pisləşən və Pamukkale Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilən İnanırın vəziyyəti ilə bağlı açıqlama verilib.“Bu, beyin-damar xəstəliyidir. Yüngül keçirə bildiyi kimi, daha ağır nəticələr də doğura bilər. Buna görə bir neçə gün yaxından müşahidə edilməlidir.
Lazımi tədbirlər görülüb və müalicəsinə başlanılıb”, - Pamukkale Universitetinin rektoru, professor Ahmet Kutluhan qeyd edib.