Prezident İlham Əliyev Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla bağlı sərəncam imzalayıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Qeyd edək ki, F. Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olacaq.