Bu gün Naxçıvan Teatrının aktyoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat yayıb.Qeyd edək ki, Vüsal Rzayev 2 fevral 1968-ci ildə anadan olub. Aktyor Naxçıvan Uşaq Teatrında rejissor, Naxçıvan Dövlət Universitetinin müəllimi işləyib. O maraqlı uşaq pyeslərinin müəllifi olub.
Allah rəhmət eləsin!
