SON DƏQİQƏ

İlyas Əfəndiyevin Xan qızı Natavanın Şuşa ilə bağlı möhtəşəm tamaşası.

Tarix:13-05-2022, 19:15 Oxunub:865

13 may 2022-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzinin səhnəsində 2022-ci ilin "Şuşa ili elan olunması və Azəbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın 190 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. "Şabran" xalq teatrı aktyorlarının ifasında İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" əsərinin motivləri əsasında rejissor Cabir Əmrahovun hazırladığı "Xan qızı" tamaşasının musiqi tərtibatçısı Teymur Məmmədəliyevdir. Obrazları Günay Xaniyeva, Nurlan Fərhadlı, Zəfər Məmmədov, Qulu Mövsümov, Əmirqulu Cümşüdov, Əmrah Babayev, Hüseyn Fətəliyev, Zəfər Məmmədov, Təranə Muradəliyeva canlandırmış, tamaşada "Xınayaxdı" Folklor və "Çıraqqala" zurnaçılar xalq kolektivlərinin üzvləri də iştirak etmişlər.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının Şabran rayonu üzrə müxbiri.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman