18.05.2022-ci il tarixdə 18 may-Beynəlxalq Muzeylər günü münasibətilə "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Ekskursiya və kütləvi-ekskursiyalar şöbəsinin müdiri Məmmədov Məmmədmusa, Heyder Əliyev mərkəzinin direktoru Təvəkkül Əliyev , Ekskursiyaçısı Meylaverdiyeva Aysel, Aparıcı proqramçı mütəxəssis "Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının Şabran rayon üzrə müxbiri Atayeva Günay, Abidə mühafizəçisi Soltanov Pərviz Musabəyovlar adına Pirəbədil Tarix Muzeyində oldular.
Muzeyin direktoru Pərvanə xanım əməkdaşlarımıza Pirəbədil kəndi, Musabəyovların ev muzeyi, onların fəaliyyətləri və xalqımız üçün gördükləri işlər haqqında daha dolğun və ətraflı məlumatlar çatdırdı.Pərvane xanım bildirdi ki, Pirəbədil Tarix Muzeyi 1968-ci ildə Q.Musabəyovun ev muzeyi adı ilə Şabran rayonu Pirəbədil kəndində açılmışdır. Malikanə 1862-ci ildə bişmiş kərpicdən tikilmiş 2 mərtəbə 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Musabəyovun 80 illik yubleyi münasibəti ilə açılan muzey binanın iki otaqında yerləşdirilmişdir. 1988-ci ildə Musabəyovun 100 illik yubleyi münasibətilə bina tamamilə təmir olunmuş bütünlüklə muzeyin istifadəsinə verilmişdir. 2013-cü ildən muzeyin adı deyişdirilərək Pirəbədil Tarix Muzeyi adı ilə adlandırılmışdır.Sonda əməkdaşlarımız muzeyin xatirə kitabına öz ürək sözlərini qeyd etdiblər.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az"xəbər informasiya portalının Şabran rayon üzrə nümayəndəsi.










