22 iyul 2022-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzi və Xaqani adına Poeziya evinin birgə təşkilatçılığı ilə "22 İyul –Milli Mətbuat günü" ilə əlaqədar “Mətbuatımızın tarixi” adlı tədbir keçirildi. Tədbirdə Mədəniyyət Mərkəzinin metodisti D.Babayeva, Poeziya evinin müdiri A.Kərimova, şairlərdən Q. Məmmədov, B.Novruz, T.Kərim, M.Zeynal, Z.Bayram
"Vətənim-Azərbaycandır.az"saytının bölgə müxbiri çıxış edərək Azərbaycanda Milli Mətbuatın yaranma tarixindən, onun keçdiyi keşməkeşli yollardan və “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsindəki rolundan geniş söz açdılar. Daha sonra şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.








