"Bizim iki il ərzində kifayət qədər tərcübəmiz var. Biz təhsilə gec başlasaq da, heç vaxt sistemi bağlamamışıq. Ötən il dərslər gec başlasa da, sonradan bunu kompensasiya etdik".
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.
Nazir əlavə edib ki, ötən il biz təhsili ümumilikdə bağlamadıq və ayrı-ayrı məktəblərdə bunu tətbiq etdik: "Payız aylarında yoluxma sayları arta bilər. Bu, ayrı-ayrı məktəb və siniflərin fəaliyyətini məhdudlaşdıra bilər. Amma tamamilə 2020-ci ildəki kimi bağlanmasına çox az ehtimal var".