SON DƏQİQƏ

Şabranda “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib - FOTOLAR

Tarix:14-10-2023, 22:09 Oxunub:520

Şabran şəhəri 5 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsində "ümumtəhsil məktəbləri" kateqoriyası üzrə qalib olmuş “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib. Açılış tədbirində müəllimlər, şagird və qonaqlar iştirak edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiylar üzrə VII qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Səhnəmin ulduzları” layihəsinin rəhbəri və Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova  çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.Daha sonra qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyəyiblər.
Qeyd edək ki, layihənin içra müddəti 20.09.2023-20.12.2023 tarixlərində planlaşdırılıb və layihənin əsas məqlədi Şagirdləri teatrın əsəsları və təctübələri ilə tanış etmək, şagirdlərin daha çox sosiallaşmasının təmin edilməsi, şagirdlərin özlərini ifadə etməsi üçün şəraitin yaradılması, şagirdlərin planlaşdırma, işləri birgə icrə edə bilmə və asudə vaxtlarının doğru şəkildə istifadə edilməsidir.

Atayeva Günay 44gün.org

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman