SON DƏQİQƏ

Göyçayda barmağından əməliyyat olunan kişi öldü

Tarix:30-01-2024, 14:20 Oxunub:326

Barmağından əməliyyat olunan kişi öldü

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Rəşid oğlu Cavadov dünən əməliyyat olunub. Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa müddət sonra pisləşib və xəstə vəfat edib.

Bildirilib ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

44gun.org

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman