SON DƏQİQƏ

ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir - Xəbərdarlıq

Tarix:29-06-2022, 04:38 Oxunub:404

Meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub. Cari ilin əvvəlindən dünyada meymunçiçəyi virusuna yoluxanların sayı 3 min 413 nəfərə çatıb.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir. 

Bildirilib ki, laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 faizi Avropada, 11 faizi Amerika, 2 faizi Afrika, 1 faizi Şərqi Aralıq dənizi və digər 1 faizi Asiya-Sakit okean regionlarında qeydə alınıb.

Xatırladaq ki, iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılması məsələsini müzakirə edib. Komitənin tövsiyəsi əsasında ÜST meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman