
Bu gün “Rusiya Azərbaycan Qadınları İctimai Təşkilatının Krım nümayəndəsi ,Krımda “Cəlil Nəcəbov adına Azərbaycan Milli-Mədəni Mərkəz”in sədri,dəyərli xanım Arifə Muxtarovanın doğum günüdür.
Arifə xanım Azərbaycanda,Ağsu şəhərində ziyalı ailəsində anadan olmuşdur. Uzun illərdir Krımda yaşayan vətənpərvər xanım xalqımızın adına gördüyü xeyirxah işlərə,milli-mənəvi dəyərlərimizi,adət və ənənələrimizi yaşatmaq istiqamətində gördüyü işlərə görə hər kəsin hörmətini,sevgisini qazanmışdır. Arifə xanım Krımda müxtəlif xalqların nümayəndələri ilə dostluq,əməkdaşlıq əlaqələri quraraq Azərbaycan gercəkliklərini yerli ictimayətə çatdırmaqda əlindən gələni əsirgəmir. Hal-hazırda yeni yaranmış təşkilatın rəhbəri olaraq Krımda soydaşlarımızı bir araya gətirərək gözəl tədbirlər keçirir,başqa millətləri də bu tədbirlərə dəvət edərək Azərbaycan mədəniyyətini onlara da sevdirir.
Arifə xanım Azərbaycan qadını adını uca tutan xanımlardandır. Biz Arifə xanımla fəxr edir,qürur duyuruq.
Bu gün qeyd etdiyim kimi Arifə xanımın doğum günüdür. Mən öz adımdan,təşkilatımızın xanımları adından dəyərli Arifə xanımı ürəkdən təbrik edir,ona can sağlığı,xeyirli-uğurlu ömür,işlərində uğurlar arzulayırıq!
Rusiya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri
Xatirə Qəmbərova