SON DƏQİQƏ

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü - Fotolar

Tarix:3-02-2023, 19:32 Oxunub:208

Fevralın 3-də xarici işlər naziri Ceyhun Bayramov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Azərbaycan XİN-dən bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman