SON DƏQİQƏ

Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır"

Tarix:6-02-2023, 22:08 Oxunub:260


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib.
  xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında paylaşım edib
"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə qeyd olunub.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman