Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin İnqulets kəndini atəşə tutublar.
axar.az-a istinadən bildirir ki, bu barədə Xerson vilayət hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında kəndin dinc sakinlərinin həyətlərinə mərmilər düşüb. Nəticədə bir qadın həlak olub, bir nəfər isə yaralanıb.