Bir müddət əvvəl Rusiya sülhməramlılarının gizli yolla Ermənistana keçirdikləri Ruben Vardanyanın yenidən Xankəndinə qaytarıldığı haqda xəbərlər yayılıb. Əldə olunan məlumata görə, sülhməramlılara məxsus yük maşınında gizli yolla Qarabağdan çıxarılan Vardanyan yeni təlimatlar və tapşırıqlar verilməsi məqsədilə Moskvaya aparılıb.
Bu tapşırıq və təlimatlar nədən ibarətdir?
Birincisi, Vardanyan Moskvada olarkən bir daha Xankəndinə qayıtmaq istəmədiyini dilə gətirib. Yalvararaq səhhətində yaşanan problem səbəbindən tükəndiyini dilə gətirib.
-ın əldə etdiyi məlumata görə, Ruben Vardanyanı Moskvaya aparıb çıxaran səbəb səhhətində yaranan ciddi problemlərdir. Onun ağır şəkər xəstəsi olduğu barədə xəbər də təsdiqini tapıb. Lakin onun bu xahişi Rusiya tərəfindən qulaqardına vurulub.
Üçüncü məsələ ondan ibarətdir ki, Vardanyanın Paşinyana qarşı olması barədə erməni mediası mütəmadi olaraq məlumatlar yayır. Əslində bu xəbərlər yalnız görüntüdür. Yəni Paşinyan bu prosesdə Vardanyanla birgədir və oynanılan şou yalnız Qərb üçündür. Üstəlik, hətta bəzi Qərb dairələri də Vardanyanın oyununa şərikdirlər.
Vardanyanın geri dönməsi ilə gərginliyin daha da artacağı gözləniləndir. Onun zor gücünə geri qaytarılması vəziyyəti gərginləşdirəcək. Ermənilərin bütün dünyaya səs salmaqlarına baxmayaraq azərbaycanlı etirazçılar Xankəndi yaxınlığındakı aksiyalarını sona qədər davam etdirəcəklər.