“Bizdə bələdiyyəçilik ənənələri əvvəllər olmayıb. Buna görə ilbəil yeni problemlərlə qarşılaşırıq. Birinci olaraq, bələdiyyələrin maliyyə resursları zəifdir. Bizdə bununla bağlı qanunvericilikdə mövcud imkanlar var. Lakin bələdiyyələr bu imkanlardan düzgün istifadə edə bilmir”.
xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.