Ukrayna Ali Radasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
xəbər verir ki, nümayəndə heyətinə parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, habelə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov daxildir.
Bu gün qonaqların Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə keçirdikləri görüş zamanı parlament diplomatiyası, Ukrayna – Azərbaycan ikitərəfli əməkdaşlığının daha da dərinləşməsi məsələləri müzakirə olunub.
Bundan sonra Ukrayna parlamentinin nümayəndələri xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul olunublar. XİN rəsmisi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Ukrayna xalqına humanitar dəstək də göstərdiyini vurğulayıb.
Daha sonra Ukrayna nümayəndə heyəti Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətovla görüşüb.
Səfərin növbəti gün proqramında da iki ölkənin rifahına yönələn qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli layihələrin həyata keçirilməsi məqsədi daşıyan bir sıra mühüm görüşlər nəzərdə tutulur.



