SON DƏQİQƏ

Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda 250-dən çox mina tapılıb

Tarix:28-02-2023, 13:37 Oxunub:264



Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minatəmizləmə əməliyyatları davam edir.
Trend-ə istinadən bildirir ki, bunu bu gün Ağdamda jurnalistlərə açıqlamasında Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun minalardan təmizlənməsi ilə bağlı layihəni icra edən "Safe Point" şirkətinin əməliyyat bölməsinin meneceri Ruslan Muradov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, yol təmizlənərək istifadəyə verilməlidir.
"Ərazidən 250-dən çox müxtəlif tipli minalar tapılıb. Bununla yanaşı çoxlu sayda partlamamış sursatlar da aşkarlanıb", - deyə o qeyd edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman