Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Bildirilib ki, binanın 8-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat metr olan üçotaqlı mənzilin bir otağında divan, kreslo və stol yanıb.
Yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.