SON DƏQİQƏ

Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu başa vurdu.

Tarix:24-10-2021, 17:18 Oxunub:282

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabında məlumat verilib.
Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.
Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman