Facebook və İnstaqram Braziliya Prezidenti Jair Bolsanarunun koronavirus və HİV əleyhinə peyvəndlər arasındakı əlaqədən bəhs etdiyi videonu silib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Folha de São Paulo” qəzeti yazıb. Bildirilir ki, sosial şəbəkələrin siyasətinə uyğun olaraq COVİD-19 əleyhinə peyvəndlərin insanları öldürməsi fikirlərinin səsləndiyi keçidlərə icazə verilməyəcək.Qeyd edək ki, Bolsonaru ötən həftə yayımlanan verilişdə Britaniyadan koronavirusa qarşı peyvəndlərin HİV-i gücləndirməsi ilə əlaqəsi olduğunu sübut edən hesabatlar əldə etdiyini bildirmişdi. Müxtəlif təşkilatlar Bolsonarunun bu iddialarını rədd edərək HİV virusu daşıyıcılarını üçüncü doza vaksin vurdurmağa səsləyiblər.