SON DƏQİQƏ

Bizim Market” yeni mağazasını açdı - Fotolar

Tarix:30-10-2021, 04:52 Oxunub:997

Ölkəmizin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” yeni mağazasını müştərilərin ixtiyarına verib. Bakıxanov qəsəbəsi, Sakit Qocayev 23 ünvanında yerləşən mağazada bütün növ qida məhsulları, təmizləyici vasitələrlə yanaşı, ev əşyaları, uşaq aləmi və kiçik məişət texnikası kimi məhsullar da satılır.

29 oktyabrdan müştərilərin ixtiyarına verilən mağazada 3 gün ərzində - 29-31 oktyabr tarixində yüzlərlə məhsula 60%-dək endirim kampaniyası keçirilir. Kampaniyada bütün kateqoriyalardan ibarət məhsullar endirimdə olacaq.
Toplam 2050 kvadrat metrdən ibarət olan mağaza “Bizim Market”  hazırda mövcud olan sayca 14-cü mağazasıdır. Qeyd edək ki, “Bizim Market”  Bakı və Xırdalan ərazisində müştərilərə xidmət göstərən, öz loyal müştəriləri olan supermarketlərə sahibdir.
22 ildir müştərilərin xidmətində olan “Bizim Market” il sonuna qədər “Bizim Market”in 7-ci mikrorayon və Neftçilər Metrosu yaxınlığında olmaqla daha iki mağazası müştərilərin ixtiyarına veriləcək.









FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman