Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
“Vətənim-Azərbaycandır.az ” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.