Azərbaycanda son sutkada koronavirus əleyhinə 43 113 vaksin vurulub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31089, ikinci mərhələ üzrə 12 024 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə isə 4 402 450 nəfər təşkil edir.
