Xarı bülbül ətirli qürur günümüz, Qələbə günümüz!
O, gün ki, hər kəsə bəlli olduğu kimi 30 ildən bəri davam edən mənfur işqalçılıq siyasətinə 44 gün davam edən əks hücum əməliyyatları nəticəsində son verildi. "Dəmir yumruq" əməliyyatı qələbəmizin simvoluna çevrildi. Bu qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müstəsna rolu və xidməti vardır. Və bu müjdə dolu anları xalqımıza yaşatmaqla yanaşı həyatını Azərbaycanımızın rifahına həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu Öndərimizin arzusunu reallaşdırmış oldu.
Azərbaycan xalgının qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən 8 Noyabr Qələbə günümüz münasibəti ilə bizlərə bu möhtəşəm günü bəxş edən Cənab Prezidentimizi, müzəffər Azərbaycan Ordusunu, Vətən uğrunda sağlamlığlarını itirmiş Qazi qardaşlarımızı və bütün xalqımızı ürəkdən təbrik edirik.
Cəmi Vətən yolunda canlarını fəda edən Azərbaycan övladlarına Allahdan rəhmət diləyirik.
Bu qələbə Azərbaycanımıza çox yaraşır!
Zəfər bayramımız mübarək!
Hörmətlə: Vətənim-Azərbaycandır.az-ın Baş Redaktoru KAMRAN ORUCOV.