SON DƏQİQƏ

Ərdoğan “Efes-2022” təlimlərini izləyəcək

Tarix:9-06-2022, 02:47 Oxunub:642

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.

Bildirilir ki, Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman