SON DƏQİQƏ

İntihara cəhdin qarşısı alındı

Tarix:9-06-2022, 07:04 Oxunub:243

Qubada intihara cəhd hadisəsi baş verib.


Vətənim-Azərbaycandır.az” FHN-ə istinadən xəbər verir ki, hadisə Vladimirovka kəndində qeydə alınıb.

Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, kənddə 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman