SON DƏQİQƏ

Şabran rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsdi Məmmədova 15 iyun Qurtuluş gününə aid tədbir təşkil etdi.

Tarix:9-06-2022, 15:24 Oxunub:777

Şabran Tarix Diyarşünaslıq Muzeyində 15 iyun Qurtuluş günü ilə əlaqədar "Qurtuluş və milli dəyərlərimiz "adlı tədbir keçirilmişdir.Tədbirdə şəhid ailələri, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun Şabran ekspedisiyasının üzvləri, AMEA-nın dissertantı,APU-nun Quba filialının direktor köməkçisi, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Mürvət Əliyev,B.Fərzəliyev adına Peşə Məktəbinin əməkdaşları, "Çiraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları,
"Vətənim-Azərbaycandır.az".saytının müxbiri Günay Atayeva, Şabran şəhər 5saylı ümumorta məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru B.Məmmədova 15 iyun Qurtuluş gününün tarixi əhəmiyyətindən bəhs etmişdir.Qonaqların geniş çıxışları və şəhidlərimizə həsr olunmuş "Şabran İgidləri"adlı marşın səslənməsi tədbirə xüsusi rəng qatmışdır.Sonda "Qurtuluş ilə Qorunan Milli dəyərlərimiz"adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirməklə sona çatdı.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının Şabran rayonu üzrə müxbiri.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman