11 iyun 2022-ci il tarixində Şabran rayonunda Xaqani Poeziya Evinin 10 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Millət vəkili Sadiq Qurbanov, Şabran Rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Ağayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov professor Məmməd Əliyev və Şabran, Siyəzən rayonunun ziyalıları, qələm adamları,Xaqani poeziya evinin rəhbəri Aybəniz Əliyar, "Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə bölgə müxbiri Atayeva Günay ,Xalq Teatrının aktyorları Qulu Mövsümov ,Əmirqulu şükür oğlu, Nurlan Fərhadlı da iştirak etmişdilər. Şabran Xalq Teatrının Xaqani irsini özündə əks etdirən kiçik tamaşası ilə açılmışdır. Sonra qonaqlar çıxış edərək Xaqani Poeziya ocağının fəaliyyətindən, ədəbiyyata töhfələrindən söhbət açmışlar. Tarzən Bayram Ağasıyevin müşayiəti ilə xanəndə Natiq Əliyev öz ifası ilə tədbirə xüsusi bir rəng qatmışdır. Sonda "Şuşa ili" münasibəti ilə keçirilən "Şuşa sətirlərdə" esse müsabiqəsinin qalibləri Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşdur.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə bölgə müxbiri.
Əzizov Zaur Foto müxbir.