SON DƏQİQƏ

Bakıda polis maşını qəzaya uğradı: Yaralı var

Tarix:15-06-2022, 01:42 Oxunub:413

Bakıda polis maşını qəzaya uğrayıb.


Vətənim-Azərbaycandır.az" məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman