24 İyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları, Vətən müharibəsi şəhidi Salıyev Əfsan İlkin oğlunun doğum günü münasibətilə ailəsini ziyarət etmişlər.
Görüşdə Əfsan Salıyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından söhbət açılmış, şəhid ailəsinin qayğı və problemləri dinlənilmişdir. Sədr, dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət göstərildiyini, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Fidan Hüseynova
Quba rayon təşkilatının sədri.
"Vətənim-Azərbaycandır.az".





