Baş kəşfiyyat idarəsinin bir sıra əməkdaşları Silahlı Qüvvələri günündə Şəhidlər Xiyabanını ziyarət ediblər- FOTO
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimiz dərin hörmət və ehtiramla yad olundu məzarları önünə tər güllər qoyuldu. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından söhbət açıldı.
Baş Kəşfiyyat idarəsinin əməkdaşı Elvin Dadaşovun “XeberTıme.az”-ın analitik informasiya portalına verdiyi müsahibəsini "Vətənim-Azərbaycandır.az" təqdim edir.
Azərbaycan xalqının tarixən böyük xalqıdır. Ümumilli Milliliderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 26 iyun Silahlı Qüvvələr Günü bizim qəhrəmanlıq, rəşadət səhifəmizdir. Bu gündə Baş kəşfiyyat idarəsinin General-mayoru Hilal Nəcəfov başda olmaqla ir sıra heyyətlə bu bayramı Şəhidlər Xiyabanında keçirtməyi özümüzə borc bildik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdilər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ürəyimizdədir. Qalibiyyətimiz və müstəqilliyimiz əbədidir.Yaşasın Azərbaycan Ordusu!
Sonra Baş Kəşfiyyat idarəsinin əməkdaşı, Azərbaycan Ordusunun mayoru şəhid Taleh Kərimovun ailəsini ziyarət olundu.


