Məşhur meyxanaçı botoks iddialarına cavab verdi.
Meyxanaçı Aqşin Fateh üzünə botoks etdirdiyinə dair iddiaya cavab verib.
"Vətənim-Azərbaycandır.az"məlumatına görə, Aqşin bu barədə ARB TV-də yayımlanan “Maqazin plyus” verilişində danışıb.
A.Fateh üzündə saysız-hesabsız çapıqların olduğunu bildirib:
“Səhnə insanın baxımlı olmasını tələb edir. Üzümdə bəzi çapıqlar olduğu üçün müalicəvi iynələr vurulub”.
Qeyd edək ki, meyxanaçı illər öncə rinoplastika əməliyyatı etdirib.