Xəzər TV. Xoşqədəm Hidayyət qızının "Səni Axtarıram"- proqramına Ekspert kimi dəvət etdiyi Sahibkar Xeyriyyəçi Hacı Zərintac xanım İsmayılovadır Əslində problemlərin həlli üçün Xoşqədəm xanım düz mövqe seçib. - Ekspert kimi ... millətin içindən çıxan, millətə canıyanan, vicdanlı,"sözü keçən", çörək verən iş adamlarını (Sahibkar ) cəlb etmək lazımdır.
Hacı Zərintac xanım kimdir ?!
Azərbaycan Respublika Sahibkar Qadınlar cəmiyyətinin İçtimai Birliyinin Sədr müavini, Lənkaran şəhəri Sahibkar Qadınlar şöbəsinin sədridir. Yardımsevərliyi, xeyirxahlığı, vətənpərvərliyi ilə hər kəsə örnək olan Zərintac xanım təvəzökarlıq etsə də qeyd etməliyəm ki, Sahibkarlıq etdiyi müddətdə muxtəlif sahələrdə iş yerləri açaraq yüzlərlə ailəni işlə təmin edib və vicdan, mənəviyyət, dürüstlüyü ilə yanaşı ətrafındakı hər kəsə hələ də pozitiv enerji ilə həyatda yaşam stimulu və çörək verir..
Bu xanımın Azerbaycan xanımına xass olan gözəl kriteriyalarını sadalamaqla bitmir. Amma... nə yazıq ki, belə müsbət potensiallı enerji ilə bu gözəlliklər bir çox zəif xislətli gözləri kor edib. Azərbaycanda quruculuq inkişafını gözü götürməyən məmurlar bu xeyirxah işə mane olmağa çalışırlar. Dəhşətlisi də odur ki, bu haksız məmurlara "DUR"- deyən hüquq müdafiəçilərimiz qərəzli mövge tutublar.
Azerbaycan Ədliyyə nazirliyi, Baş Prokurorluq və Daxili işlər nazirliyinin məsul şəxsləri işdən hali olsalar belə müxtəlif qərarlarla neçə illərdir ki, işə xitam verilmir. Hacı Zərintac xanımın 2012ci ildən müqavilə ilə Sahibkarlıq etdiyi
Lerik rayonunda "CƏNUB"- istirahət mərkəzi və Lənkəran Vel kəndində yaratdığı "Aqrobağda" məmur haksızlığı hökm sürur.
Prezident İLHAM ƏLİYEVİN dəfələrlə Sahibkarlığa qarşı ibrətamiz çıxışlarına məhəl qoymadan, Sahibkarlığın inkişafina mane olan güvvələrin cinayət tərkibli, haksız əməllərinə yalan don geyindirərək hüquqi qiymət verməkdən imtina edirlər.
Qanunun keşiyində duran şəxslər.... "Qanunu pozmaq cinayyətdir"- maddəsini neçə unuda bilərlər ?!
Pozulmuş qanunları yazan ALLAHI heç vaxt unutmayın.
Nailə Muradova icraçı direktor
"Vətənim-Azərbaycandır.az"