SON DƏQİQƏ

Bakıda və rayonlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Tarix:13-07-2022, 16:10 Oxunub:342

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.


Xidmətdən "Vətənim-Azərbaycandır.az" "Qafqazinfo"ya istinadən bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman