Birgəyaşayış mədəniyyəti müasir platformada.
Son günlər sosial şəbəkələrdə ölkəmizin ən gözəl təbiət nümunəsi olan Gəncənin Xan yaylağında keçirilən II Milli Yaylaq Festivalının təhlili səngimir.
Zəngin tarixə malik xalqımızın bütün məziyyətləri, milli dəyərləri, incəsənət və mədəniyyət nümunələrinin təzahürü birgəyaşayış fonunda çox geniş şəkildə "Kitabi-Dədə Qorqud" eposunda yetərincə göstərilib. Bu gün də bu mədəniyyət yaşamaqdadır, bir çox sahələrdə o cümlədən ictimai-siyasi aspektdə də təqdim olunmaqdadır. Son zamanlar insanların fərdiləşməsi dünyada qlobal problem olaraq müzakirə olunduğu halda belə festivalın ənənəyə çevrilməsi birgəyaşayış mədəniyyətinin inkişafı üçün təqdirəlayiq addımdır. Festivalın məzmun zənginliyi ölkəmizə gələn əcnəbi qonaqların milli dəyərlərimizi tanıma imkanı yaradırdl. Azsaylı xalqların incəsənət nümunələrinin təqdimi tolerant ölkə olmanın bariz nümunəsi idi. Dövlətin gənclərə olan diqqəti nəzərə alınaraq gənc rəssamların sərgiləri, əl işi nümunələri maraqla qarşılanırdı.
Milli mətbəximizin isə zənginliyi və ləzzətini artıq uzun illərdi ki, bir çox irimiqyaslı layihələrə ev sahibliyi edən biz, xarici qonaqların münasibətlərindən hər zaman duyuruq.
Tədbirə 25 min qonağın gəlməsi nəzərdə tutulurdusa deyilənə görə 34 min ziyarətçi iştirak edib.
Yaylaq məişətinin çətinlikləri, relyef problemləri, təbiətin gözlənilməz təzahürü isə labüddür.
Fəxriyyə Lilpar.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".




