Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Mariya Şmid Türkiyədə səfərdədir.
“Vətənim-Azərbaycandır.az” Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, O, 7-9 avqust 2022-ci il tarixlərində XIII Səfirlər Konfransında çıxış edəcək.Şmid xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcək.
Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə ediləcəyi nəzərdə tutulur.