Son illərdə psixoloji problemlər yaşayan Türkiyənin məşhur aktyoru Arda Kuralın yeni görüntüsü yayılıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, aktyor İnstaqram səhifəsində paylaşım edib.A.Kural ekranlara geri dönmək üçün sıx dieta ilə 2 aya 14 kilo çəki atıb. Aktyorun fotodakı yaxşı halı izləyiciləri sevindirib.
Qeyd edək ki, A.Kural 2000-ci illərdə populyarlıq qazanıb. Daha sonra psixoloji problemlər yaşayan aktyor tanınmaz hala düşmüşdü. O, sonuncu dəfə 20 gün Bakırköy Ruh və Əsəb Xəstəlikləri Xəstəxanasında müalicə alıb.



