SON DƏQİQƏ

Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir.

Tarix:21-10-2021, 02:18 Oxunub:267

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır.

“Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. O, siyasətçinin nə zaman xəstəxanaya yerləşdiriləcəyini bilmədiyini söyləyib:
“Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır. Detallar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq. Sabah, yaxud biri gün, onun nə zaman xəstəxanaya aparılacağını biləcəyik. Bununla belə, bu o demək deyil ki, Saakaşvili aclığı dayandırır”.
Kipşidze əlavə edib ki, Saakaşvilinin klinikada nə qədər qalacağı məlum deyil.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman