Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 minə yaxınlaşır.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, son sutkada daha 3436 nəfər koronavirusa yoluxub, 4483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent isə pandemiyanın qurbanı olub.Qeyd edək ki, ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 692 min 240, sağalanların sayı 630 min 961, ölənlərin sayı isə 9742 nəfərə çatıb.