SON DƏQİQƏ

Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı.

Tarix:30-10-2021, 13:07 Oxunub:285

Kaliforniyada türkiyəli konsulu qətlə yetirən “ASALA” terror təşkilatının üzvü Hambik Sasunyan azadlığa buraxılıb və hazırda Ermənistandadır.

Vətənim-Azərbaycandır.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Daşnaksütyun” partiyasının mətbuat xidməti yayıb. Bildirilir ki, partiyanın feysbuk hesabında Sasunyanın mesajı paylaşılıb və o artıq Ermənistana gəldiyini qeyd edib. 
Məlumata görə, Amerika məhkəməsi bir neçə il Sassunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilməyib. 2016-cı ildə Sasunyanın azadlığa buraxılması qərarını Kaliforniyanın o dövrdəki qubernatoru Cerri Braun rədd edilib. 
2019-cu ilin dekabrında isə ştatın Məhbusları Azadlığa buraxmaq üzrə Şurası Sasunyanı azad etmək qərarına gəlsə də, ştatın qubernatoru Qevin Nyusom bu qərarı rədd edir.
2021-ci ilin fevralında isə Los-Ancelos Ali Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Nyusom isə öz növbəsində məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verməyəcəyini bəyan edib. 
Qeyd edək ki, Hambik Sasunyan 1982-ci ildə Türkiyənin Los –Ancelosdakı konsulu Kemal Arıkanı qətlə yetirib və 1984-cü ildə ömürlük azadlıqdan məhrum edilib. Federal məhkəmə 2002-ci ildə Sasunyana həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu ərizələr rədd edilib. O, bundan 18 ay sonra yenidən müraciət etmək hüququ əldə edib.
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman