“Telsa” və “Space X”ın qurucusu İlon Mask təqribən 300 milyard dollarlıq sərvəti ilə tarixə keçən ilk şəxs olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.Nəşr qeyd edir ki, Maskın gəliri 7,4 milyard dollar artaraq 298,7 milyard dollar olub. Bu isə 6,1% artım deməkdir.
Maskın sərvəti keçən həftə başlayaraq “Tesla” səhmlərinin qiymətlərində davam edən artımlar fonunda yüksəlib.
Bazar ertəsi ticarət zamanı şirkətin qiymətli kağızlarının dəyəri rekord qıraraq 1154,49 dollara çatıb.