Ukrayna Prezidenti Vladimir Zelenski BMT-nin Qlazqoda keçirilən Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı konfransında çıxışını etməyib.
“Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Kerri danışması üçün Zelenskini tribunaya dəvət edib.“İcazə verin Prezident Zelenskini dəvət edim. Ancaq onu görmürəm”, - deyə Kerri ətrafına boylanıb.
Üç liderin çıxışından sonra Kerri növbəti qrupu təqdim edib, ancaq Zelenski hələ də zalda gözə dəyməyib.