ABŞ-ın Kaliforniya ştatında erməni ər-arvad koronavirus xəstələrinə yardım fondundan 20 milyon dollardan çox vəsait mənimsəyib.
“Vətənim-Azərbaycandır.az” “News.am” saytına istinadən xəbər verir ki, 43 yaşlı Riçard Ayvazyan 17 il, 37 yaşlı yoldaşı Marietta Terabelyan isə 6 il müddətinə azadlıqdan məhrum edilib.Sözügedən şəxslər polisdən gizlənməyi bacardığı üçün hökm qiyabi olaraq çıxarılıb. Evli cütlük bank dələduzluğu və çirkli pulların yuyulmasında ittiham olunur.
Federal məmurlar bildirib ki, cütlük avqustun 29-u elektron qandallarını açaraq yoxa çıxıblar. Onlar barədə polisə məlumat verən şəxsə 20 000 dollar mükafat vəd edilib.