Parisdə “sarı jiletlilər” aksiya keçirib.
“Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, aksiya zamanı polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.Aksiya iştirakçıları ilə polis arasındakı qarşıdurmada 2 nəfərin yaralandığı bildirilir.
“Sarı jiletlilər” zibil yeşiklərini söküb, şüşələri, qutuları çıxararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının üstünə atıblar.
Bundan əlavə ərazidəki bağlanmış mağazalardakı meyvələrin saxlandığı zibil və taxta yeşiklərini yandırıblar. Bir neçə yerdə yanğın baş verib