Norveçdə yüngül mühərrikli təlim təyyarəsi qəzaya düşüb.
“Vətənim-Azərbaycandır.az” xarici mediaya istinadən xəbər verir ki, göyərtəsində bir təlimçi və 2 tələbənin olduğu təyyarə Larvik şəhərində qəzaya düşüb. Həmin şəxslərin sağ qalacağına dair ümid yoxdur.Hazırda xilasedicilər qəza yerinin axtarışları ilə bağlı əməliyyat keçirir.