SON DƏQİQƏ

Gürcüstanda klub rəhbəri faciəvi şəkildə öldü.

Tarix:24-11-2021, 03:52 Oxunub:228

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və biznesmen İliya Kokaya faciəvi şəkildə vəfat edib.

Vətənim-Azərbaycandır.az” gürcü mediasına istinadən xəbər verir ki, iş adamı, bu gün Deda Ena zirvəsinə (3449 metr) qalxarkən yıxılaraq başından xəsarət alıb və ölüb.
65 yaşlı İlia Kokaya dostu Levan Muşkudiani ilə birlikdə dağa qalxıb. Dostunun sözlərinə görə, Kokaya sürüşüb, başından ağır xəsarət alıb və nəticədə dünyasını dəyişib. Hazırda Qudauridən hadisənin baş verdiyi dağlara bir qrup xilasedici göndərilib.
Alpinist olan Kokaya 2021-ci ilin payızında Afrikanın ən hündür dağı - Kilimancaro zirvəsinə qalxıb və orada Gürcüstanın bayrağını sancıb.
Biznesmen Qudari dağ-xizək kurortunda otellər şəbəkəsinə, eləcə də ferroərinti zavodunda paya malikdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman